...

Umayra Tağıyeva: Avtomobillərin sayının azalması nəticəsində paytaxtda hava təmizlənib

Cəmiyyət Materials 29 Mart 2020 16:10 (UTC +04:00)
Umayra Tağıyeva: Avtomobillərin sayının azalması nəticəsində paytaxtda hava təmizlənib

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva koronavirus pandemiyasının atmosfer havasının keyfiyyətinə təsir məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, U.Tağıyeva bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın nəzərəçarpacaq dərəcədə təmizləndiyini deyib.

O qeyd edib ki, belə nəticələr digər ölkələrdə də qeydə alınıb:

“Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir”.

Departament direktoru xatırladıb ki, həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edilib: “İstər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun. Nazirlik bu istiqamətdə fəal təbliğat işləri aparır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti