...

Hesab.az və Visa-dan daha bir uğurlu kampaniya!

Cəmiyyət Materials 15 Aprel 2020 12:46 (UTC +04:00)
Hesab.az və Visa-dan daha bir uğurlu kampaniya!

Bakı. Trend:

Ödəniş sahəsi üzrə rəqabətin kəskin olduğu bir şəraitdə Goldenpay/Hesab.az rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarıb. İstər ödənişlərin rahatlığı, təhlükəsizliyi, sürətliliyi baxımından istərsə də, həyata keçirdikləri müxtəlif faydalı kampaniyalar ilə daim istifadəçilərin yüksək rəğbət və təqdirini qazanıb.

Aprelin 1-dən etibarən Visa və Hesab.az-ın birgə əməkdaşlığı əsasında başladılan kampaniya yüksək istifadəçi marağı, fəallığı sayəsində 15 Aprel tarixində nəzərdə tutulan 2000 nəfər qalibin tamamlanması ilə 11 Aprel tarxində başa çatdı.

Məlumat üçün qeyd edək ki, kampaniyada Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər iştirak eə bilərdilər. Belə ki, 150 AZN və yuxarı bütün ödənişlərini( Bank, sığorta, bilet alışı istisna olmaqla) istənilən Visa kart ilə ödəyən ilk 2000 nəfər dəyərli hədiyyə qazandılar.

Qeyd edək ki, Visa ilə Hesab.az əməkdaşlığı iki ay ərzində mərhələli şəkildə olmaqla davam edəcək. Aprel ayında başlayan ilkin mərhələdən sonra ikinci mərhələnin May ayında reallaşmağıı nəzərdə tutulur. Həm fərqli, həm də yenə də qazandıracaq kampaniyada yüksək istifadəçi fəallığı olmağı gözlənilir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti