...

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir

Cəmiyyət Materials 1 May 2020 16:32 (UTC +04:00)
Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir.
Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti