...

Visa və Hesab.az-dan çoxdandır gözlənilən kampaniya!

Cəmiyyət Materials 1 May 2020 13:30 (UTC +04:00)
Visa və Hesab.az-dan çoxdandır gözlənilən kampaniya!

Bakı. Trend:

Visa və Hesab.az əməkdaşlığının ikinci mərhələsi üçün nəzərdə tutulan kampaniya artıq istifadəçilərə təqdim edildi. Kampaniyanın öncədən edilən Visa və Hesab.az əməkdaşlıqları kimi uğurlu, faydalı olacağı, eyni zamanda yüksək marağa səbəb olacağı gözlənilir.

Qeyd edək ki, Aprelin 1-dən etibarən Visa və Hesab.az-ın birgə əməkdaşlığı əsasında başladılan kampaniyanın 1-ci mərhələsi yüksək istifadəçi marağı, fəallığı sayəsində 15 Aprel tarixində nəzərdə tutulan 2000 nəfər qalibin tamamlanması ilə 11 Aprel tarxində başa çatdı.

İki mərhələdə nəzərdə tutulan əməkdaşlığın 2-ci hissəsi 1 May tarixindən etibarən 15 May tarixinə kimi davam etməsi nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, kampaniyada Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər iştirak edə bilər. Belə ki, 30 AZN və yuxarı bütün ödənişlərini( Bank, sığorta, bilet alışı istisna olmaqla) istənilən Visa kart ilə ödəyən ilk 1500 nəfər 5 AZN məbləğinə bərabər olan 2500 Hesab Koin qazanacaq. Qazanılmış Hesab Koinləri növbəti ödənişlərində istifadə edə biləcəklər. Kampaniya haqda ətraflı məlumat: https://bit.ly/3aQJQkP

Eyni zamanda, Hesab.az Visa kartı olmayan və kampaniyada iştirak etmək istəyən istifadəçilərə də, əla fürsət təqdim edir. Belə ki, Xalq Bank ilə əməkdaşlığa əsasən 15 May tarixinə kimi Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Gold və Visa Classic kartı əldə edə biləcəklər. Müraciət formu: https://bit.ly/2YmMdcH

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti