Bakı. İlhamə İsabalayeva – Trend:
Ali məktəblərdə yay imtahan sessiyasının iyun-iyul ayları ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu il ali məktəblərdə tədris ilinin uzadılması nəzərdə tutulmur: “Bir sıra ixtisaslar üzrə imtahanlar onlayn formatda olacaq. Bu mümkün olmadıqda ənənəvi qaydada imtahanlar təşki oluna bilər”.
Nazir əlavə edib ki, iyun-iyul aylarında imtahan sessiyasında hazır olmayan tələbələr bu barədə ali məktəbləri məlumatlandırmalıdırlar. Belə tələbələr üçün tədris ili öncəsi ayrıca imtahan sessiyası təşkil olunacaq.