...

Şərqşünaslıq İnstitutunda görülən və planlaşdırılan işlər müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 15 May 2020 13:29 (UTC +04:00)
Şərqşünaslıq İnstitutunda görülən və planlaşdırılan işlər müzakirə edilib (FOTO)

Bakı. Trend:

Mayın 15-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə iclas keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, institutun direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə keçirilən iclasda bildirilib ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə sosial izolyasiya dövründə institutun əməkdaşları ev şəraitində nəzərdə tutulan plan işləri üzrə tədqiqatlarını davam etdirirlər, arşadırmalarının nəticələrini nüfuzlu elmi jurnallarda dərc etdirmək üçün məqalələr hazırlayırlar.

İnstitutun Nəşriyyat və elmi informasiya təminatı şöbəsində çapa təqdim olunan kitabların redaktəsi üzərində işin davam etdirildiyi, f.ü.f.d Əmmar Abbasovun “Erkən islam tarixi məsələləri” (VI-VII əsrlər. Azərbaycan tədqiqatçılarının əsərləri əsasında), f.ü.f.d. Sədaqət Qasımlının “Türk tarixi və mədəniyyəti” (“Türk Amacı” dərgisinin materialları əsasında), f.ü.f.d. İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni”, Vüqar Məmmədovun "Fars dilini tədqiq edən Azərbaycan alimləri” (XX əsr), fəl.ü.f.d. Esmeralda Həsənovanın “Трактовка проблем религии ислам, нации, национализма и национального государства в современной Турции” (“Müasir Türkiyədə islam dini , millət, millətçilik və milli dövlət problemlərinin şərhi”), i.ü.f.d. Əkrəm Rəhimlinin “Сейид Джафар Пишевари. Жизнь и политическая деятельность” (“Seyid Cəfər Pişəvəri. Həyatı və siyasi fəaliyyəti”) kitablarının redaktə olunaraq nəşrə tam hazır olduğu qeyd edilib.
İclasda payız aylarında keçirilməsi planlaşdırılan Şərq xalqlarının I Bakı Qurultayının 100 illiyinə hərs olunan “Şərq xalqlarının Bakı qurultayı-1920. Şərq dünyası 100 il əvvəl və bu gün”, eləcə də görkəmli dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibəri ilə təşkil ediləcək "Nəriman Nərimanov — böyük maarifçi və ictimai-siyasi xadim" adlı respublika elmi konfransları ilə əlaqədar nəzərdə tutulan işlər müzakirə edilib, konfranslara tezislərin qəbuluna başlanmasına, konfransdan sonra isə məruzələrin tam şəkildə də dərc edilməsinə qərar verilib.

Konfransların dəqiq tarixləri xüsusi karantin rejimi ləğv edildikdən sonra müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti