...

Bulvar, park və istirahət məkanlarına giriş məhdudiyyəti ləğv olunur

Cəmiyyət Materials 15 May 2020 16:29 (UTC +04:00)
Bulvar, park və istirahət məkanlarına giriş məhdudiyyəti ləğv olunur

Bakı. Trend:

18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bu qərar mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə verilib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti