...

Azərbaycan alimi Türkiyədəki Xəzər gölünün etimologiyasını araşdırıb

Cəmiyyət Materials 3 İyun 2020 12:46 (UTC +04:00)
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə Türkiyədəki Xəzər gölünün etimologiyası ilə bağlı araşdırmalar aparıb.
Azərbaycan alimi Türkiyədəki Xəzər gölünün etimologiyasını araşdırıb

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə Türkiyədəki Xəzər gölünün etimologiyası ilə bağlı araşdırmalar aparıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, alim eyni konkret məkanda iki coğrafi obyektin adında “Xəzər” sözünün mövcudluğunu onların xəzər tayfaları ilə mütləq şəkildə əlaqəli olması ilə şərh edir, xəzərlərin bu yerlərə haradan və necə gəlib çıxmaları haqqında mülahizələr yürüdür.

Xəzər dənizi ilə Türkiyə ərazisindəki Xəzər gölü arasında fiziki bağlılığın olmadığını bildirən R.Fətəliyev diqqəti hər ikisinin Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış qədim xəzər tayfalarının adı ilə bağlı olduğuna yönəldir.

Tədqiqatçı qeyd edir ki, hər bir toponim tarixin kodlaşdırılmış yaddaş səhifəsidir, onların açılması, öyrənilməsi tariximizin doğru-düzgün yazılmasında və milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm əhəmiyyət kəsb edir:

“Buna görə qədim toponimlərin multidissiplinar səviyyədə mütəxəssislər tərəfindən araşdırılmasına ciddi ehtiyac var. Bu kimi faktlar ölkəmizin ərazisinin əzəli türk torpaqları olmasını düşmənə sübut etmək üçün əsaslı fakt, dünya ictimaiyyətini inandırmaq üçün isə etibarlı mənbədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti