...

İbrahim Məmmədov: Karantin rejiminin sərtləşdirilməsi və ya yumşalma zərurətdən asılıdır

Cəmiyyət Materials 3 İyun 2020 19:44 (UTC +04:00)
İbrahim Məmmədov: Karantin rejiminin sərtləşdirilməsi və ya yumşalma zərurətdən asılıdır

Bakı. Samir Əli - Trend:

Karantin rejiminin sərtləşdirilməsi və ya yumşalma zərurətdən asılıdır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hökumət bu məhdudiyyətləri istəmir, vətəndaşlar da istəmir: "Bu, çox ciddi iqtisadi problemlərə apara bilər. Şükürlər olsun ki, bu gün Azərbaycanda bununla bağlı heç bir iqtisadi problemimiz yoxdur. Vətəndaşlar 48 saatlıq ərzaq tədarükü görə bilərlər. Məhdudiyyət bizim sağlamlığımız üçündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti