...

İbrahim Məmmədov: Maskalarla bağlı vahid qiymət 30 qəpikdir

Cəmiyyət Materials 3 İyun 2020 19:51 (UTC +04:00)
İbrahim Məmmədov: Maskalarla bağlı vahid qiymət 30 qəpikdir

Bakı. Samir Əli - Trend:

Maskalarla bağlı vahid qiymət 30 qəpikdir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, idxal olunan maskaların qiyməti fərqlidir: "Tələbat olduğu halda idxalçı şirkətlər də qiyməti qaldırıb. Amma dövlət 30 qəpikdən yuxarı olan qiyməti ödəyir. Maska qıtlığı ola bilməz, kimsə vəziyyətdən sui-istifadə edərsə, onunla bağlı ölçü götürüləcək. Sumqayıtda cənab Prezidentin iştirakı ilə 2 zavod açılıb. Gündəlik 500 min maska istehsal edilir. Bundan başqa, ölkədə 10 milyon maska ehtiyatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti