...

Çörək sexlərinin işçiləri işə gedib-gələ biləcəklər - RƏSMİ

Cəmiyyət Materials 9 İyun 2020 20:00 (UTC +04:00)
Çörək sexlərinin işçiləri işə gedib-gələ biləcəklər - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək sexi işçiləri işə gələ bilərlər, buna icazə veriləcək.

Qeyd edək ki, Azərbaycanda COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti