Bakı. Samir Əli - Trend:
Onlayn medianın sərt karantin günlərində ofis şəraitində fəaliyyətinə icazə verilmir.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin günlərdə yalnız məhdud sayda televiziya və radio işçilərinin fəaliyyətinə icazə verilir: "Onlayn media işçilərinin evdən işləməsi mümkündür".