...

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan məbləğin xərclənməsinə hələ ki, ehtiyac olmayıb - RƏSMİ

Cəmiyyət Materials 9 İyun 2020 20:15 (UTC +04:00)
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan məbləğin xərclənməsinə hələ ki, ehtiyac olmayıb - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manata qədər vəsait toplanıb. Lakin indiyə qədər bu vəsaitin xərclənməsinə ehtiyac olmayıb.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, əgər ehtiyac olarsa, İctimai Nəzarət Şurasının nəzarəti altında bu vəsait xərclənə bilər: "Amma hələ ki, buna ehtiyac yoxdur. Dövlət bu vaxta qədər lazım olan bütün xərcləri ödəyə bilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti