...

"Mediasiya haqqında" qanunun qüvvəyə minmə tarixi uzadılır

Cəmiyyət Materials 19 İyun 2020 12:42 (UTC +04:00)
Azərbaycanda "Mediasiya haqqında" qanunun qüvvəyə minmə tarixi uzadılır
"Mediasiya haqqında" qanunun qüvvəyə minmə tarixi uzadılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda "Mediasiya haqqında" qanunun qüvvəyə minmə tarixi uzadılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təklifə əsasən, "Mediasiya haqqında" qanunun 39-cu maddəsində "2020-ci il iyulun 1-dən" sözləri "2021-ci il yanvarın 1-dən" sözləri ilə əvəz edilir.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Qanunun 3-cü maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

3.1.1. mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);

3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr;

3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr;

3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

3.2. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti