...

Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 11 İyul 2020 18:40 (UTC +04:00)
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 14-15-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub küləyi 8-13 m/s-dək güclənəcək. Havanın temperaturu həftənin birinci yarısında gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.
Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi 8-13 m/s, 16-17-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Həftənin birinci yarısında Azərbaycanın əsasən şimal və qərb rayonlarında, həftənin ikinci yarısında isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, həftənin ikinci yarısında arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, həftənin birinci yarısında bəzi yerlərdə 38 dərəcə isti, dağlarda gecə 15-18, gündüz 18-23, həftənin birinci yarısında bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti