...

Meksika Deputatlar Palatasının üzvü Ermənistanın Tovuz istiqamətində törədilmiş təxribatlarını pisləyib

Cəmiyyət Materials 18 İyul 2020 06:25 (UTC +04:00)
Meksika Deputatlar Palatasının üzvü Ermənistanın Tovuz istiqamətində törədilmiş təxribatlarını pisləyib

Bakı. Trend:

Meksika Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Aqustin Qarsiya Rubionun adından yayılmış bəyanatda Ermənistan silahlı qüvvələrinin cari ilin 12 iyul tarixindən başlayaraq Azərbaycan ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə etdiyi hücumlar kəskin şəkildə pislənir.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda 1994-cü ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal etdiyi bildirilir.

Yazıda Ermənistan və Azərbaycana bu kimi hərbi eskalasiyalardan daşınmağa və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan substantiv danışıqlara təkan verməyə çağırış edilir.

Ardınca Meksikanın münaqişənin beynəlxalq hüquq çərçivəsində, eləcə də münaqişə zonasında atəşkəsə riayət edilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsini tələb edən BMT Təhülkəsizlik Şurasının dörd qətnaməsinin tətbiqi ilə həllinə tərəfdar olduğu vurğulanır.

Sonda Azərbaycan xalqı və hökumətinə həlak olan hərbçilərə görə başsağlığı verilir və yaralıların tezliklə sağalması arzu edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti