Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Tibb Universitetinin (ATU) 250-yə yaxın rezidenti COVİD-19 pandemiyası ilə əlaqədar ayrılan xəstəxanalarda həkim kimi çalışır.
Bunu Trend-ə universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.
Onun sözlərinə görə, universitetinin 202 tələbəsi könüllü olaraq, pandemiya xəstəxanalarında işləyir.
G.Aslanova tələbə və rezidentlərin yalnız Bakıda deyil, rayonlardakı xəstəxanalarda da çalışdığını söyləyib.