...

Peşə Təhsili üzrə Dövlət Agentliyi Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 29 İyul 2020 12:30 (UTC +04:00)
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyi Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq edəcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, memorandumun əsas məqsədi tərəflərin təlim və istehsalat bazası, mövcud təcrübəli kadr potensialından bəhrələnərək əmək bazarının tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlığının təmin edilməsidir.

Görüş zamanı tərəfləri maraqlandıran gələcək perspektivlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti