...

13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir

Cəmiyyət Materials 7 Avqust 2020 12:34 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 13 min nəfərin 190 manatlıq ödənişi əlavə gəlir mənbəyi və əmək müqaviləsi olduğuna görə dayandırılıb.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 3000 nəfərinin əlavə gəlir mənbəyi aşkarlandığı üçün onların 190 manatlıq birdəfəlik ödəmədən yararlanması dayandırılıb: "Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı. Əlavə ödəmə verilməsi dayandırılan 10 min nəfər iş yeri taparaq əmək müqaviləsi imzalayıb. Buna görə də ödənişi alandan sonrakı aylarda iş tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti