...

Şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 11-dək davam edəcək

Cəmiyyət Materials 3 Sentyabr 2020 14:10 (UTC +04:00)
Şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 11-dək davam edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 11-dək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də sorğuların qəbulu müvəqqəti dayandırılacaq.

İndiyədək şagird yerdəyişməsi ilə bağlı 13 min sorğu daxil olub.

Qeyd edək ki, şagird yerdəyişməsi ilə bağlı elektron sistem 2019-cu il avqustun 15-də istifadəyə verilib.

Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti