...

Magistraturaya plan yerlərinin 85 faizi dolub

Cəmiyyət Materials 19 Sentyabr 2020 11:49 (UTC +04:00)
Magistraturaya plan yerlərinin 85 faizi dolub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri müvafiq ali təhsil müəssisələrinə göndərilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub.

Plan yerləri 85.11% dolub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti