...

7 şagirddə koronavirus aşkarlandı

Cəmiyyət Materials 30 Sentyabr 2020 12:52 (UTC +04:00)
7 şagirddə koronavirus aşkarlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, sentyabrın 29-da 11 şagirdin, 2 işçi heyətin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 19 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti