...

Azərbaycanda son sutkada 97 nəfər COVID-19-a yoluxub, 91 nəfər sağalıb, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 5 Oktyabr 2020 15:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40 788 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38 587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1 603 nəfərdir.

Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1 140 194 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti