...

ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2020 16:03 (UTC +04:00)
ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşdülər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın, hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan dövləti bütün vətəndaşlarının, o cümlədən bu kateqoriyadan olan və xüsusi qayğıya ehtiyac duyan vətəndaşların daim yanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti