...

Bakıda 10 küçə və prospektdə xüsusi avtomobil zolağı yaradılacaq (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2020 11:22 (UTC +04:00)
Bakıda 10 küçə və prospektdə xüsusi avtomobil zolağı yaradılacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkətinin təhlükəsizliyi Komissiyasına təkliflər verilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O, bildirib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır".

M.Ağayev bildirib ki, artıq Mikayıl Hüseynov küçəsində xüsusi zolaq yaradılıb və aidiyyəti yol nişanları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti