Bakı. Ceyhun Ələkbərov - Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Səmədov Mais Şadıbəy oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, M.Səmədov 1977-ci ildə Xaçmaz rayonunda anadan olub.
O, noyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Evli idi, 2 övladı var.