...

Sumqayıt İH-dən Yeni il yolkasının sökülməsi ilə bağlı AÇIQLAMA (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2020 13:03 (UTC +04:00)
Sumqayıt İH-dən Yeni il yolkasının sökülməsi ilə bağlı AÇIQLAMA (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sosial şəbəkələrdə Sumqayıt şəhərində Yeni il hazırlığı ilə bağlı fotolar yayılıb.

Trend-in məlumatına görə, sözügedən fotoların birində Yeni il yolkasının quraşdırılması və bir müddət sonra onun ərazidən götürülməsi əks olunub.

Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən Trend-ə bildirib ki, şəhərin bəzədilməsi ilə bağlı hər hansı qərar qəbul olunmayıb:

"Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bəzədilməsi ilə bağlı hər hansı bir qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti