...

Azərbaycanda 1 276 nəfər COVID-19-dan sağalıb, 519 nəfər yoluxub, 15 nəfər vəfat edib

Cəmiyyət Materials 12 Yanvar 2021 17:33 (UTC +04:00)
Azərbaycanda 1 276 nəfər COVID-19-dan sağalıb, 519 nəfər yoluxub, 15 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1 276 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2 941 nəfər vəfat edib, aktiv xəstə sayı 11 607 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, ötən müddət ərzində isə ümumilikdə 2 279 907 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti