...

Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert

Cəmiyyət Materials 22 Yanvar 2021 17:16 (UTC +04:00)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şuaşada olan zaman insan həqiqətən hərbçilərimizin necə bir çətin yollarla buraya gəlib çıxdığını anlayır.

Bunu Trend-ə açıqlamasında Şuşada olan hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, həmin ərazilərdə xidmətdə olan hərbçilərin hər birində ruh yükəksiliyi var:

“Cıdır düzündən aşağı istiqamətə baxan zaman həbrçilərimizin necə döyüşdüyünü təsəvvür etmək çətin deyil. Belə ki, bizim xüsusi təyinatlılar məhz Şuşaya bu əraizdə olan qayalardan dırmaşıblar.

Biz bu bölgəyə daxil olan zaman Azərbaycan Silahlı Qüvvələri mənsubları, Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları tərəfindən müştərək şəkildə mühafizənin təşkil edilməsinin şahidi olduq və bu, çox qürurverici idi. Burada olan hərbi rütbəlilərlə söhbət edərkən onlarda həqiqətən ruh yüksəkliyinin şahidi olursan və bu, tək Şuşa deyil, digər yerlərə də aiddir. Onlar tarixi bir vətənin parçası olduqlarının fərqindədirlər”.

R.İmamquliyev qeyd edib ki, Şuşa yaxın zamanlarda yüksək səviyyəli yaşam şəhərinə çevriləcək:

“Şuşada artıq həyat normal qaydasına düşür, icra orqanları öz işləri ilə məşğuldurlar. Elektrik, su, qaz təminatı, məişət obyektlərinin təmiri yönündə artıq işlərə başlanılıb. Bütün istiqamətlərdə işlər çox yüksək səviyyədə həyata keçirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti