...

Buraxılış imtahanının proqramları sadələşdirilib - Məleykə Abbaszadə

Cəmiyyət Materials 29 Yanvar 2021 11:23 (UTC +04:00)
Buraxılış imtahanının proqramları sadələşdirilib - Məleykə Abbaszadə

Bakı. İhamə İsabalayeva -Trend:

2021-ci il buraxılış imtahanı fənlərinin koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm lX, həm də XI siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti