...

Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2021 19:25 (UTC +04:00)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Avrasiya üzrə Regional Mərkəzinin və Pakistan - Gənclərin Müdafiəsi Şəbəkəsinin təşkilatçılığı ilə Pakistanın Lahor şəhərində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, qeyri-hökumət təşkilatları nümayəndələrinin, tələbələrin və tədqiqatçıların iştirak etdiyi tədbirin açılış mərasimində video müraciətlə çıxış edən İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev 29 il əvvəl Xocalıda Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətin miqyasından və təmsil etdiyi qurumun “Xocalıya ədalət” kampaniyasının hədəfləri istiqamətində gördüyü işlərdən bəhs edərək bu tərz fəaliyyətlər vasitəsilə dünya ictimaiyyətinin faciə haqda məlumatlandırılmasının vacibliyini vurğulayıb. O, Xocalı cəlladlarının mühakimə edilmələri yerinə ermənilər tərəfindən qəhrəmanlaşdırılmasının və Xocalı soyqırımının inkar edilməsinin regionda dayanaqlı və əsaslı sülh üçün maneə olduğunu qeyd edib.

Tədbirin həmtəşkilatçısı qismində çıxış edən Pakistan - Gənclərin Müdafiəsi Şəbəkəsinin sədri Fsahat ul Hassan Xocalı soyqırımının Pakistan və digər İslam Əməkdaşlığı Təşkilatı (İƏT) üzv ölkələrində tanıdılması ilə bağlı görülən işlərdən və gənclərin bu sahədə ata biləcəyi addımlardan danışıb. O, Xocalı faciəsinin dəhşətləri haqda akademik tədqiqatların aparılmasının vacibliyini və bu şəkildə faciənin dünya elmi ədəbiyyatında öz yerini lazımi şəkildə almasının əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra, Xocalıya Ədalət kampaniyasının pakistanlı fəalı və Gənclərin Müdafiəsi Şəbəkəsinin üzvü Daniş Tariq Kampaniya haqqında təqdimatla çıxış edib. Sonda tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən foto sərgi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti