...

Azərbaycanda vaksin olunanların sayı açıqlandı

Cəmiyyət Materials 7 Aprel 2021 14:41 (UTC +04:00)
Azərbaycanda vaksin olunanların sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti