...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Cəmiyyət Materials 23 Aprel 2021 16:44 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 396 391, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 926 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470 315 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti