...

Azərbaycanda 2 383 nəfər COVID-19-dan sağalıb, 1307 nəfər yoluxub, 27 nəfər vəfat edib

Cəmiyyət Materials 27 Aprel 2021 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib, aktiv xəstə sayı 27 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, ötən müddət ərzində isə ümumilikdə 3 206 917 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti