...

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb

Cəmiyyət Materials 8 May 2021 20:18 (UTC +04:00)
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz azalaraq 1 milyard 130,2 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4 faizini təşkil edib.

2021-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,5 faiz azalaraq 84,6 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40,4 faiz azalaraq 63,0 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti