Bakı. Trend:
Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin xatirəsi yad olunur.
Trend-in məlumatına görə, Azərbaycan Dövlət Televiziyasının önündə dünən minaya düşərək həlak olan jurnalistlərin xatirə yad olunur. Dövlət xadimləri, vətəndaşlar əraziyə gələrək, həlak olanları xatirəsini anırlar.
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.