...

Salyanda iki şadlıq evinin sahibi cərimələndi

Cəmiyyət Materials 9 Avqust 2021 09:50 (UTC +04:00)
Salyanda iki şadlıq evinin sahibi cərimələndi

Bakı. Trend:

Salyanda iki şadlıq evinin sahibi cərimələnib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Samir" və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.
Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti