...

Bakıda liftdə köməksiz qalan 5 nəfər çıxarılıb

Cəmiyyət Materials 11 Avqust 2021 09:34 (UTC +04:00)
Bakıda liftdə köməksiz qalan 5 nəfər çıxarılıb

Bakı. Çingiz Səfərli - Trend:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, dərhal çağırış ünvanlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

2-si azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti