...

2800-dən çox Vətən müharibəsi şəhidinin vərəsələrinə birdəfəlik müavinət verilib

Cəmiyyət Materials 11 Avqust 2021 12:30 (UTC +04:00)
2800-dən çox Vətən müharibəsi şəhidinin vərəsələrinə birdəfəlik müavinət verilib

Bakı. Elçin Mehdiyev – Trend:

Vətən müharibəsi şəhidlərinin ailələrinə birdəfəlik müavinətlərin verilməsi üçün bir sıra dövlət qurumlarının iştirakı ilə işçi qrup yaradılıb.

Trend-in məlumatına görə, bu barədə “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə bildirilib.

Qeyd olunub ki, bu günə qədər 2868 şəhidin 7600-dən artıq vərəsəsinə vərəsəlik şəhadətnamələri verilib və onlar birdəfəlik müavinətlə təmin olunublar.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti