Mütəxəssis koronavirusla bağlı bir sıra məsələlərə aydınlıq gətirdi

Mütəxəssis koronavirusla bağlı bir sıra məsələlərə aydınlıq gətirdi

Bakı. Çingiz Səfərli - Trend:

Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy COVID-19-la bağlı bir sıra məsələlər aydınlıq gətirib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

- Günümüzdə COVID-19 təyin üsulları hansılardır?

- Yoluxmuş şəxslərin vaxtında aşkarlanması və təcrid edilməsi çox vacibdir. Xəstəliyin diaqnozu laborator və instrumental (radioloji) müayinə üsullarından istifadə etməklə qoyulur. COVID-19 simptomları və radioloji nəticələr qeyri-spesifik olduğundan, SARS-CoV-2 infeksiyasının diaqnozu polimerazlı zəncirvari reaksiya (PZR) ilə təsdiqlənməlidir.

Ümumiyyətlə koronavirus infeksiyasının diaqnostikasında bir neçə laborator müayinə metodlarından istifadə olunur. Bunlar aşağıdakılardır:

1. Seroloji testlər: SARS-CoV-2 IgA, SARS-CoV-2 IgM və SARS-CoV-2 IgG

2. Antigen testləri: SARS-CoV-2 antigen

3. Molekulyar testlər: SARS-CoV-2 PZR (PCR)

İnsan hər hansı bir infeksiyaya yoluxduqda orqanizm bu infeksiya ilə mübarizə aparmaq üçün anticisim adlanan müəyyən zülallar sintez etməyə başlayır. Bu anticisimlərin bəziləri şəxsin sağalmasından sonra qanda aylar, illər, hətta ömür boyu qala bilər. Nümunələr laboratoriyada müvafiq reagentlər ilə qanda axtarılan infeksiyaya qarşı yaranmış IgM və IgG anticisimlərinin varlığı təyin edilir. IgM xəstəliyin başlanğıc, IgG isə sağalmadan sonra əmələ gəlir.

Koronavirus infeksiyasında seroloji testlər xəstədən götürülmüş qan nümunəsində təyin edilir və xəstəliyi keçirdikdən və ya peyvəndləmədən sonrakı yaranmış immuniteti təyin etmək üçün SARS-CoV-2 IgG testindən daha geniş istifadə olunur. Adətən xəstəliyin kəskin dövründə (hazırda xəstə olma) formalaşan IgM həm nisbətən gec yarandığı (təxminən 10-14 gün) və spesifikliyi az olduğu üçün xəstəliyin müəyyən olunması və təsdiqi üçün geniş istifadə olunmur. Yəni SARS-CoV-2 IgM testinin nəticəsi təkbaşına diaqnozu təsdiqləmək üçün yetərli deyil.

SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. Bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır. Nümunə götürüldükdən sonra nəticə təxminən 1 saat ərzində hazır olduğuna görə bu testlərə sürətli (ekspress) testlər də deyilir. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa istifadə olunan ekspress testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. İstehsalçıdan asılı olaraq bu testlərin həssaslığı (~təyinetmə qabiliyyəti) 91-98%, spesifikliyi (~dəqiqliyi) isə 98-99% arasında dəyişir. Təyinetmə qabiliyyətinin, etibarlılığının kifayət qədər yüksək olması və tez nəticə alınması bu testlərin geniş istifadəsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrinə görə də bu testlər ilə alınmış pozitiv nəticənin PZR testi ilə təsdiq olunmasına ehtiyac yoxdur (yalnız pandemiyanın pik dövrlərində). Nümunə növünün PZR metodu ilə oxşar olması (hər iki müayinə metodu üçün burun-udlaqdan yaxma götürülür) insanlar bu testi PZR ilə qarışıq salmasına və nəticələrinin də portala salındığını düşünürlər. Lakin analiz verərkən portala yalnız PZR (PCR) testlərinin nəticələrinin salındığını unutmamalıdırlar.

Molekulyar (PZR) üsullar COVID-19-un diaqnostikasında ən geniş istifadə olunan metodlardır. PZR testi üçün də xəstədən burun-udlaqdan və ya əsnəkdən nümunə götürülərək laboratoriyalara göndərilir. Götürülmüş nümunədə polimerazalı zəncirvari reaksiya (PZR) metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə COVID-19 virusunun RNT-si təyin olunur. COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PCR yaxmadır.

Dünyada və ölkəmizdə pandemiyanın idarə olunmasında yalnız bu laborator testlərdən istifadə olunmuş və olunmaqda davam edir. Digər testlər yardımçı və informativ xarakterlidir.

- Bəzi vətəndaşlar yaxma analizi vermədən komputer tomoqrafiya (KT) müayinəsi ilə kifayətlənərək COVID-19 müalicəsi tələb edirlər. KT müayinəsindəki buzlu şüşə görüntüsü COVID-19-un təyini üçün kifayətdirmi?

- Bildirmək istəyirəm ki, KT müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir. Digər pnevmoniyalarda da buzlu şüşə görüntüsünə rast gəlinir. Sadəcə günümüzdə pandemiya səbəbi ilə bu nəticə daha çox COVID-19 ilə əlaqələndirilir. Mikrobioloji olaraq bir virusun təyini və təsdiqi üçün mütləq laborator müayinə aparılmalıdır. Əks halda bir infeksion xəstəliyin diaqnozu təsdiqlənmiş sayılmır.

- COVID-19 müalicəsində hansı qan dəyərləri nəzarətdə saxlanılmalıdır?

- Qan dəyərləri xəstəliyin ağırlığından, gedişatından asılı olaraq dəyişir. Hazırda ÜST-nin tövsiyəsinə görə COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır. Bura qanın ümumi analizi, eritrositlərin çökmə sürəti (EÇS), C-reaktiv zülal, ferritin, D-dimer, laxtalanma dəyərləri və xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s. testlər aiddir.

Hər birimizin sağlamlığı üçün vaksinasiya günümüzdə şərtdir. Pandemiyaya son qoymaq və normal həyatımızı daha tez bərpa etmək üçün peyvəndlənmədən başqa çıxış yolumuz yoxdur.

Twitter:@cingizsafarli

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb
Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Azərbaycanın regionda yaratdığı yeni reallıq: Zəngəzur dəhlizi
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Kanadada yük gəmisində yanğın başlayıb, 16 nəfər təxliyə edilib
İtaliyada əlverişsiz hava şəraitinə görə bir sıra yerlər bağlanıb
Britaniyalı müğənni Ed Şiran koronavirusa yoluxub
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
Ekvadorda qar uçqunu uçması nəticəsində ən azı 4 nəfər ölüb
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunduğunu açıqlayıb
44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr
Neftçala icra başçısının avtomobillə adam vurması ilə bağlı məlumat yanlışdır - İcra Hakimiyyəti
Mir Şahinin vaxtı (VİDEO)
Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb
Bakıda ikimərtəbəli evdə yanğın olub
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyon seçici səs verib
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək - Regional menecer
Veteran cüdoçularımız dünya çempionatında daha 3 medal qazanıblar
Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Müdafiə Nazirliyi həftəlik icmal təqdim edib (VİDEO)
Özbəkistanda prezident seçkiləri başa çatıb
Gürcüstanın baş naziri ölkədə məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib
Dövlət qulluğuna qəbul çərçivəsində inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb
İsveçdə qətlə yetirilən 43 yaşlı soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bütün xəbərlər