...

Azərbaycan xalqı qəhrəman şəhidlərini yad edir (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2021 11:13 (UTC +04:00)
Azərbaycan xalqı qəhrəman şəhidlərini yad edir (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Trend-in məlumatına görə, Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunur.

Şəhidlərin ruhuna dualar oxunur, məzarları üzərinə gül-çiçək dəstələri qoyulur. Ziyarət edənlər şəhid ruhları qarşısında ehtiramlarını bildirirlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

FOTO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti