...

Gələn həftə qar yağacaq - Xəbərdarlıq

Cəmiyyət Materials 15 Oktyabr 2021 14:46 (UTC +04:00)
Gələn həftə qar yağacaq - Xəbərdarlıq

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə ağaşı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti