...

Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı

Cəmiyyət Materials 28 Oktyabr 2021 12:41 (UTC +04:00)
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı

Bakı. Humay Ağacanova - Trend:

Paytaxtın Suraxanı rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib:

"Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti