...

ADPU tələbələri İstiqlal Muzeyinə ekskursiyada iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2021 14:13 (UTC +04:00)
ADPU tələbələri İstiqlal Muzeyinə ekskursiyada iştirak ediblər (FOTO)

Bakı. Trend:

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İstiqlal Muzeyinə tələbələrin ekskursiyası təşkil olunub. Ekskursiyada 30 nəfərə yaxın tələbə və ADPU TGT-nin aktiv üzvləri iştirak edib.

Tələbələr ekskursiya zamanı müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələrin təfərrüatları, öz istiqlalı uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti