...

İlahiyyat İnstitutunun müəllimi beynəlxalq simpoziuma qatılıb (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2021 12:06 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov Türkiyə Respublikası Qars Qafqaz Universitetinin “Yaşanabilirlik açısından İslam dini” mövzusunda təşkil etdiyi beynəlxalq simpoziumda onlayn formatda iştirak edib.

“Naslara bağlılıq anlamında təsəvvüf” mövzusunda çıxış edən Q.Səfərov təsəvvüfün Quran və Sünnədən bəhrələndiyini vurğulayıb. Məruzəçi Həzrət Peyğəmbərin hədislərindən bəzilərinin təsəvvüfün əsasını təşkil etdiyini nəzərə çatdırıb. Həmçinin təsəvvüfün Qurana, Sünnəyə və ümumilikdə, şəriətə bağlılığından bəhs edib.

Q.Səfərov İslamın mənəvi həyat tərzi olan təsəvvüfün zahir-batin vəhdətində yaşana biləcək nümunə olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti