...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 15 Noyabr 2021 19:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 340 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 79 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 763, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 735, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 589 538 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti