...

Bakıda havanı çirkləndirən 8 restoranın rəhbərliyi cəzalandırılıb

Cəmiyyət Materials 17 Noyabr 2021 10:56 (UTC +04:00)
Bakıda havanı çirkləndirən 8 restoranın rəhbərliyi cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Bakıda havaya tullantı atan məşhur restoranların sahibləri cəzalandırılıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarında nəzarət tədbirləri davam etdirilir.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Xətai rayonunda fəaliyyət göstərən “Neapol”, “Kleopatra”, “Leyla Palace”, “Mirvari”, “Elgün”, “Olivium” və “Qəsr” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı, “By Şirulla” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilib:

“Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunub”, - H.Əlizadə deyib.

Xidmət rəisi onu da qeyd edib ki, əməkdaşlarımız tərəfindən monitorinqlər Bakıda, eyni zamanda regionlarda da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti