...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 Dekabr 2021 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 832 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 346 , buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 588 915, buster doza üzrə vaksinasiya olunanların sayı isə 991 210 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti