...

Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 20 Dekabr 2021 10:58 (UTC +04:00)
Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. Samir Əli -Trend:

Bu ilə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, müraciətlərin 9 550-si Mediasiya Şurası tərəfindən mediatorlara bölünüb və işlərə baxılıb.

"Müraciətlərdən 3 033-ü düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib.

Daxil olan müraciətlərin 8515-i ailə mübahisələri, 740-ı kommersiya məsələləridir. 297 əmək mübahisəsi məsələlərinə baxılıb. Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimizdən geniş danışa bilmirik. Lakin baza olaraq növbəti il üçün kifayət qədər işlər görüldüyünü düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti