...

Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib

Cəmiyyət 16 Yanvar 2022 15:54 (UTC +04:00)
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən Trend-ə bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Qeyd olunan vəsaitin 1238,8 min manatı əməkhaqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Həmçinin keçən ilin iyul ayından etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədilə işəgötürənlərlə onlayn görüşlərə başlayıb. Otuz onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti